Ukrayna infrastruktur nazirinin müavini Viktor Dovqan Zakarpatyeyə gedən yolda qəzaya uğrayıb.
ONA-nın “Lenta.ru”ya istinadən yaydığı xəbərə görə, məmur bu haqda "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
V. Dovqanın maşını Lvov-Ujqorod trasında yolun bərbad vəziyyətində olmasına görə dərəyə düşüb və təkəri qırılıb.
Nazir müavini yol örtüyünün tamamilə sıradan çıxdığını bildirib.