Ukraynadakı Rusiya səfirliyinin binası yaxınlığında partlayış baş verib.
ONA “TASS”a istinadən xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.
Məlumata görə, partlayış yerin altında yüksəkgərginlikli kabelin partlaması nəticəsində baş verib.
Bildirilir ki, partlayış nəticəsində heç kəs xəsarət almayıb.