“Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - [color=red]SƏBƏB[/color]
  • DÜNYA

  • 22:44 18 İyun 2019

“Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - SƏBƏB

Rusiyaya məxsus “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istəyib.


APA-nın Moskva bürosunun verdiyi məlumata görə, “Ural” avia şirkətinin mətbu orqanı olan jurnalda Dağlıq Qarabağa helikopterlərlə turların təşkil edilməsilə bağlı reklam dərc olunub.


Bununla bağlı şirkət rəsmiləri reklamdakı yanlışlıqların olduğunu bildikdən sonra Azərbaycan tərəfindən üzr istəyib. Bildirilib ki, məlum reklam jurnalın iyun nömrəsində dərc edilib və həmin buraxılış şirkətə məxsus bütün reyslərdən yığışdırılıb. Eyni zamanda həmin reklam sifarişçisi ilə şirkət arasında bağlanmış müvafiq müqavilə ləğv edilib.
Qeyd edək ki, eyniu zamanda “Ural” Hava Yollarına məxsus jurnalın iyun ayı nömrəsində Dağlıq Qarabağ ərazisi Ermənistanın ərazisi kimi göstərilmişdi.

Fərid Əkbərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR