Uruqvay Prezidenti Tabare Vazquezin ağciyər xərçəni xəstəliyinə tutulub.
APA “CNN”ə istinadən xəbər verir ki, müayinə zamanı prezidentin ağciyərinin sol hissəsində bədxassəli şiş şakarlanıb.
Hazırda Vazquezin səhhətinin yaxşı olduğu deyilsə də, növbəti müayinədən sonra daha dəqiq diaqnozun nəticəsi bəlli olacaq.
Valideynlərini və bacısını xərçəng xəstəliyindən itirəndən sonra həkim peşəsini seçən Vazquez 2005-2010-cu illərdə - ilk prezidentliyi dövründə siqaret əleyhinə sərt mübarizə üsullarını tətbiq edib.
Onun həyat yoldaşının 3 həftə əvvəl infarktdan öldüyü bildirilir.
Qeyd edək ki, iki dəfə prezident seçilən Tabare Vazquezin bu postdakı müddəti 2020-ci ilin martında başa çatır.