Uruqvay Hərbi Hava Qüvvələrinə məxsus helikopter koronavirusa qarşı “Pfizer” peyvəndini Roça şəhərinə apararkən qəza enişi edib.
APA “El Observador” nəşrinə istinadən xəbər verir ki, yaranan texniki nasazlıq səbəbindən 180 doza yanaraq məhv olub.
Qeyd edək ki, helikopter havaya qalxandan 30 km sonra enməyə məcbur olub. Bir neçə ekipaj üzvü yüngül xəsarət alıb.