Bu gün Uruqvayda prezident seçkilərinin ikinci turu keçirilir.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da başlayan səsvermə prosesi saat 19.30-da başa çatacaq.
İkinci turda hakim "Böyük Cəbhə" koalisiyasının namizədi Daniel Martines və sağ-mərkəzçi Blanko Partiyasının namizədi Luis Lakalye Po mübarizə aparır. İlk turda bu namizədlər müvaviq olaraq 38,63 faiz və 28,19 faiz səs toplayıblar.
Son sorğulara əsasən, seçicilərin 51 faizi Luis Lakalye Poya, 43 faizi Daniel Martinesə səs verəcək. Seçicilərin 6 faizi isə namizədlərin əleyhinə səs vermək niyyətində olduğunu bildirib.