ÜST: Ardıcıl dördüncü gündür ki, sutkalıq yoluxma sayı 800 mindən yuxarıdır
  • DÜNYA

  • 08:14 19 Aprel 2021

ÜST: Ardıcıl dördüncü gündür ki, sutkalıq yoluxma sayı 800 mindən yuxarıdır

Dünyada son sutka ərzində 809 004 nəfər koronavirusa yoluxub, 11 481 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Həmçinin vurğulanıb ki, ardıcıl dördüncü gündür ki, yeni yoluxma sayı 800 mini keçir.

Dünya üzrə ümumilikdə rəsmi olaraq 140 322 903 yoluxma hadisəsi, 3 003 794 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 1/3-dən çoxu çoxu Cənub-Şərqi Asiyanın (272 989) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (254 847) ilə Avropan (203 134) bölüşür.

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR