““AstraZeneca” peyvəndi “Cənubi Afrika ştam”ına qarşı təsirsizliyi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir”.
APA xəbər verir ki, bunu ÜST mütəxəssisi Maria van Kerxove CBS televiziyasına müsahibəsində deyib.
O bildirib ki, hazırda peyvəndin təsirini, bədənin immunitet reaksiyasını öyrənmək üçün bir sıra işlər aparılır: “Effektivliyin azalmasına işarə edən bəzi ilkin araşdırmalar var, lakin yenə də bu işlər hələ tam olaraq təsbit edilməyib. Fevralın 8-də “Cənubi Afrika ştam”ına qarşı “AstraZeneca” peyvəndinin effektivliyi məsələsi müzakirə ediləcək”.