“Oksford Universitetinin mütəxəssisləri tərəfindən COVID-19-la mübarizə çərçivəsində yeni kəşf edilən peyvəndə görə, onları təbrik edirəm, lakin tam müvəffəqiyyət əldə etmək üçün çox vaxt tələb olunur”.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə hallar proqramının direktoru Mayk Rayan Cenevrədə keçirilən brifinqdə bildirib.
O, əlavə edib ki, hazırda sınaqlar daha geniş miqyasda aparılmalıdır: “İndiyə qədər 23 potensial peyvənd hazırlanıb. Ancaq daha dəqiq və keyfiyyətli peyvəndin kəşf edilməsi zəruridir. Bu istiqamətdə çox vacib mərhələyə keçdi görmək müsbət haldır".
ÜST-ün direktoru Tedros Adhanom Qebreyesus öz növbəsində müvəffəqiyyətli vaksinlərin hamı üçün əlçatan olmasının vacibliyini vurğulayıb.
ÜST rəhbəri qeyd edib ki, bir çox ölkələr gözlənilən peyvənd hazır olduqdan sonra qiymətindən asılı olmayaraq bütün insanlar arasında bərabər paylanması tərəfdarı olduğu halda, digərləri isə bunun tərsini düşünürlər.