Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus peyvəndi əldə olunduqdan sonra bütün ölkələri peyvəndlə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırıb.
APA-nın xəbərinə görə, baş direktor bu barədə Cenevrədə keçirilən brifinqdə bildirib.
Tedros Adhanom Qebreyesus effektiv koronavirus peyvəndi əldə olunduqdan sonra təklif olunan birgə fəaliyyət strategiyasını açıqlayıb: “Birinci mərhələdə ümumi riskin azaldılması üçün eyni vaxtda bütün iştirakçı ölkələrə müəyyən nisbətdə dozalar paylanacaq. İkinci mərhələdə isə ölkələrin təhlükə və həssaslığı nəzərə alınacaqdır”.
ÜST-ün baş direktoru vurğulayıb ki, dünya COVID-19 pandemiyasına qarşı mübarizədə birgə həllin tapılması üçün həmrəylik göstərməlidir.