Gürcüstan dünyada qızılcanın yayılmasına görə 3-cü yerdə qərarlaşıb.
ONA “Apsny.ge”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qızılcanın yayılması ilə bağlı yeni hesabatında göstərilir.
Bildirilir ki, 2018-ci ilin martından 2019-cu ilin martına qədər Gürcüstanda 3017 qızılcaya yoluxma halı qeydə alınıb.
ÜST-nın məlumatına görə, bu sırada birinci yerdə Madaqaskar, ikinci yerdə isə Ukrayna qərarlaşıb.