Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyini müəyyən etmək üçün gələn həftə Çinə ekspert qrupu göndərəcək.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
“Bu virusla bağlı hər şeyi, onun necə yayıldığını biləcəyimiz zaman onunla daha yaxşı mübarizə apara bilərik və biz bunun üzərində işləmək üçün gələn həftə Çinə bir qrup göndərəcəyik”, - Qebreyesus belə deyib.