• DÜNYA

    08:26 20 noyabr 2020

ÜST pandemiya ilə mübarizədə Avropanı qarşıda “çətin 6 ay” gözlədiyini bəyan edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edərək bildirib ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Avropa qarşıda daha “çətin 6 ay” gözləyir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe qitədə keçən həftə rekord həddə - 29 mindən çox koronavirusla bağlı ölüm faktının qeydə alındığını bildirib.

Onun sözlərinə görə, bu göstərici hər 17 saniyədə bir nəfər ölməsi deməkdir.

ÜST son məlumatlarına görə, bu günə qədər Avropada 15 738 179 təsdiqlənmiş yoluxma, 354 154 ölüm hadisəsi baş verib. Amerika qitəsində də daha yüksək rəqəmlərin qeydə alındığı vurğulanıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR