Son sutka ərzində dünyada 11 mindən çox insan yeni növ koronavirusa yoluxub, 475 nəfər bu virusdan ölüb.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasında deyilir.
ÜST-ün açıqlamasına görə, gün ərzində dünya ölkələri tərəfindən 11 526 nəfərin koronavirusa yoluxması barədə qeydlər aparılıb. Belə olan halda, hazırda dünyada yoluxmuş insanların sayı 179 112 nəfər təşkil edir.
Bundan başqa, ÜST-ün məlumatına görə, sutka ərzində 475 nəfər də bu ölümcül virusun qurbanına çevrilib. Hazırda dünya üzrə virusdan ölənlərin ümumi sayı 7426 nəfərdir.
Qeyd edilir ki, son sutkada virus daha səkkiz ölkədə aşkar edilib.