Liviyanın paytaxtı Tripolidə döyüşlər zamanı 14 dinc sakin daxil olmaqla, 174 nəfər həyatını itirib.
ONA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç keçirdiyi brifinq zamanı bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı münaqişə tərəflərini tibb qurumlara, həkimlərə, təcili yardım maşınlarına və vətəndaş infrastrukturuna ziyan vurmamağa çağırıb.