• DÜNYA

    11:40 7 mart 2020

ÜST-ün baş katibi maliyyə yardımına görə Azərbaycan hökumətinə təşəkkür edib


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Ghebreyesus Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

APA-nın xəbərinə görə, ÜST-ün baş katibi bu barədə "Twitter"də bildirib.

“Azərbaycan xalqına və hökumətinə COVID-19-a (koronavirus) qarşı qlobal reaksiyanın tərkib hissəsi olaraq maliyyə dəstəyinə görə çox təşəkkür edirəm. ÜST sizin həmrəyliyinizi yüksək qiymətləndirir. Daha təhlükəsiz dünya üçün birlikdə!”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR