• DÜNYA

    06:42 6 mart 2020

ÜST-ün rəhbəri: "Çinin təcrübəsi koronavirusa qalib gəlməyin mümkünlüyünü göstərir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Çinin və bir sıra digər ölkələrin koronavirusla mübarizə sahəsindəki səylərini yüksək qiymətləndirib bildirib ki, onların təcrübəsi xəstəliyin yayılmasının qarşısının alına biləcəyini göstərir.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə deyib.

ÜST rəhbəri deyib ki, “epidemiya bütün hökumət mexanizmlərini özündə cəmləşdirən kollektiv, razılaşdırılmış və əhatəli bir yanaşma ilə dayandırıla bilər”. O bununla əlaqədar olaraq, bütün dövlətləri “tez, geniş miqyasda və şüurlu şəkildə hərəkət etməyə” çağırıb.

Tedros Adanom Qebreyesus bildirib ki, son 24 saat ərzində 33 ölkədə yeni yoluxma halları qeydə alınıb. Ancaq 115 ölkədə bir nəfər belə yoluxmayıb, 21 ölkədə yalnız bir xəstəlik qeydə alınıb. Beş ölkədə isə son iki həftə ərzində yeni yoluxma halına rast gəlinməyib.

Bununla belə, ÜST virusun daxil olduğu ölkələrin sayının getdikcə artmasından narahatdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR