• DÜNYA

    08:43 25 fevral 2021

Van Qoqun çəkdiyi rəsm ilk dəfə ictimaiyyətə təqdim olunacaq

Niderland rəssamı Vinsent Van Qoqun “Monmartredəki küçə səhnəsi” tablosu yarandığı gündən bəri ilk dəfə olaraq ictimaiyyətə göstəriləcək.

APA xəbər verir ki, bu barədə “ARTnews” məlumat yayıb.

Rəsm əsəri Parisdəki “Sotheby's” hərrac evində sərgilənəcək, bundan əvvəl isə Amsterdam, Honkonq və Fransa paytaxtında geniş şəkildə nümayiş olunacaq.

Məlumata görə, şəkil 5-8 milyon avroya satışa çıxarılacaq.

“Monmartredəki küçə səhnəsi” 1887-ci ildə Van Qoq tərəfindən çəkilib. Əsər 1920-ci ildə şəxsi kolleksiyada olub və o vaxtdan bəri eyni ailədə qaldığından heç vaxt ictimaiyyətə göstərilməyib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR