Bu gün Vanuatu sahillərində 6.3 maqnitudalı zəlzələ olub.
ONA-nın xəbərinə görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Port-Vila şəhərindən 101 km şimal-qərbdə, 8,2 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.