• DÜNYA

    08:35 8 iyun 2019

Varşavanın mərkəzində hündür binada yanğın olub

Polşanın paytaxtı Varşava şəhərinin mərkəzindəki göydələnlərin birində yanğın olub.

ONA “Life”a istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, alov binanın əsasən yuxarı mərtəbələrini əhatə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə nəzarəti gücləndirib, sakinləri yanğın olan ünavana yaxınlaşmamağa çağırıb.

Yanğının səbəbləri və xəsarət halları ilə bağlı hələlik bir məlumat verilməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR