• DÜNYA

    13:01 22 fevral 2019

Venesuela Braziliya ilə sərhədi bağlayacaq

Venesuela Braziliya ilə sərhədini bağlayacaq.

ONA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu yerli televiziyada çıxış edən Venesuelanın prezidenti Nikolas Maduro bildirib.

N. Maduro Kolumbiya ilə də sərhədi bağlamağı planlaşdırdığını qeyd edib. Onun sözlərinə görə, ölkələr Venesuelaya zorla humanitar yardımın çatdırılmasına çalışmamalıdır.

Xatırladaq ki, bundan öncə Venesuela müxalifətinin lideri və özünü prezident elan edən Xuan Quaydo ölkələri Venesuelaya humanitar yardım etməyə çağırıb. Hazırda xarici yardımlar Braziliya və Kolumbiyada toplanır.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR