Venesuela prezidenti Nikolas Maduro ölkənin müxalifət nümayəndələri ilə danışıqlar masasına oturmağa hazırdır.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bildirib.
“Maduro və onun hökuməti gözləyir ki, müxalifət xalqa hörmət edəcək və qısa zamanda danışıqlara başlayacaq”, - Arreasa belə deyib.
O, həmçinin Venesuela müxalifətinin “ABŞ asılılığı”ndan qurtulacağına ümidlə yanaşdığını da bildirib.