• DÜNYA

    10:52 16 may 2019

Venesuela hökumətinin və müxalifətin nümayəndələri Norveçdə görüşəcəklər

Venesuela hökumətinin və müxalifətin nümayəndələri Norveçdə görüşəcəklər.

ONA-nın məlumatına görə, bu barədə “Reuters” mənbəyə istinadən yazıb. Ölkədə baş vermiş çevirilişdən sonra tərəflərin ilk danışıqlar aparması gözlənilir. İqtidar tərəfdən informasiya naziri Xorxe Rodrigez və Miranda əyalətinin qubernatoru Hektor Rodrigez Osloya gedib. Müxalifət tərəfdən partiya üzvü Stalin Gonzalez, siyasi müşavirlər Gerardo Blayde və Fernando Martinez Norveçdə səfərdədir.

Mənbələrdən verilən məlumata görə, tərəflər arasında görüşlər hələ ki, başlamayıb və onlar əvvəlcə norveçli diplomatlarla ayrılıqda görüşəcəklər.

Qeyd edək ki, martın əvvəllərində Norveçin xarici işlər naziri Venesuela hökuməti ilə müxalifət arasındakı danışıqlarda vasitəçi qismində iştirak etməyə hazır olduqlarını bildirmişdi.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR