Venesuela energetika sisteminə hücuma qarşı lazımınca mübarizə aparıb. Ancaq analoji hücumlar hələ də davam edir.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuela Konstitusiya assambleyasının sədri Diosdado Kabelyo televiziya proqramlarının birində deyib.
“Biz enerji böhranına qalib gəldik, ancaq mən sizi daha da ehtiyatlı olmağa çağırıram. Çünki ölkəmizə qarşı oxşar hücumlar davam etməkdədir”, - deyə sədr bildirib.
Qeyd edək ki, martın 7-də paytaxt Karakasda və Venesuelanın əksər ştatlarında elektrik enerjisinin verilişində böhran yaşanıb. Rəsmi dairələrin qənaətinə görə, hadisəyə səbəb kimi ölkənin ən böyük su elektrik stansiyası olan Simon Bolivar adına SES-ə kiberhücum göstərilir.