Venesuelada özünü müvəqqəti prezident elan edən müxalifət lideri, parlamentin spikeri Xuan Quaydo Kolumbiyadan qayıdan kimi öz vəzifəsini yerinə yetirməyə başlayacaq.
ONA xəbər verir ki, Quaydo öz "Twitter" səhifəsində növbəti təlimatlarla bağlı audioyazı paylaşacağını bildirib.
“Mən sizdən bizim ismarıcı kütləvi şəkildə yaymağı xahiş edirəm. Heç nə bizi dayandıra bilməyəcək” - deyə o qeyd edib.
Qeyd edək ki, X.Quaydo Kolumbiyada ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşüb.