Özünü Venesuela prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydo aprelin 6-da dövlət başçısı Nikolas Maduronun devirilməsi üçün bəzi “taktiki addımlar” atılacağını deyib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə o, şəxsi "Twitter" səhifəsində yazıb.
“Bütün ölkə ərazisində aprelin 6-da “Azadlıq” əməliyyatı üzrə ilk taktiki addımlar atılacaq. Həmin gün biz hazır olmalıyıq və formalaşmış azadlıq və yardım komitələri ilə bərabər çalışmalıyıq”, - Quaydo belə yazıb.
Bununla belə, o, görüləcək işlər barədə heç bir məlumat qeyd etməyib.