Venesuela rəsmi olaraq Amerika Dövlətləri Təşkilatını tərk edib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin XİN rəhbəri Xorxe Arreasa bildirib.
“Bu gündən etibarən Venesuela Bolivar Respublikası Amerika Dövlətləri Təşkilatına məxsus deyil. Biz bütün şərtləri və Venesuela xalqının iradəsini yerinə yetirdik”, - Arreasa belə deyib.