• DÜNYA

    21:08 4 may 2019

Venesuelada 7 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb

Venesuelanın şimalındakı Miranda ştatında göyərtəsində 7 nəfərin olduğu hərbi vertolyot qəzaya uğrayıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “La Patilla” portalı xəbər verib.

Hadisə şahidlərinin sözlərinə görə, vertolyot meşəyə düşən zaman partlayış səsi eşidilib və sonradan tüstü qatı göyə qalxıb.

Vertolyot Venesuela müdafiə qüvvələrinə məxsus imiş. Hadisə nəticəsində onun göyərtəsində olanların hamısı həyatını itirib. Bildirilir ki, həmin şəxslər zabit heyəti olub. Belə ki, onlardan üçü kapitan, ikisi mayor və ikisi polkovnik-leytenant imiş.

ONA

Teqlər:

SON XƏBƏRLƏR