• DÜNYA

    02:00 17 aprel 2019

Venesuelada dustaqlar kütləvi şəkildə həbsxanadan qaçıb

Venesuelanın Nueva-Esparta ştatında dustaqların kütləvi şəkildə həbsxanadan qaçması zamanı bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Noticias Venezuela” portalı yerli icra orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, təxminən 60 dustaq soyuq silahlarla iki mühafizəçiyə hücum çəkib. Nəticədə mühafizəçilərin hər ikisi ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb. Dustaqların biri isə hadisə yerində ölüb.

Bundan sonra dustaqlar qarovul otağından silah götürərək azadlığa çıxıblar. Hazırda ölkənin penitensiar xidməti bölgədə axtarış işləri aparır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR