• DÜNYA

    03:47 3 aprel 2019

Venesuelada etirazçılara helikopterdən atəş açılıb

Venesuelanın Kabimas şəhərində (Suliya ştatı) naməlum şəxslər helikopterin göyərtəsindən təşkil olunmuş etiraz aksiyasının iştirakçılarına atəş açıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “VPI” telekanalı məlumat yayıb.

Telekanal bununla bağlı qısametrajlı həvəskar çəkilmiş videogörüntülər də yayıb. Görüntülərdə şəhərin səmasında helikopterin uçduğu və oradan atəş açıldığı əks olunub. Aksiya iştirakçıları bundan sonra dağılışıb.

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR