Venesuelanın paytaxtı Karakasda milli qvardiyaçılar zirehli avtomobili yüksək sürətlə etirazçıların üstünə sürüblər.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “TV Venezuela” telekanalı məlumat yayıb.
Hadisəni əks etdirən videogörüntülərdən də aydın olunur ki, avtomobil etirazçı kütləsini vurduqdan sonra uzaqlaşır. Həmin vaxt etirazçılardan bəzisi avtomobilin altında qalsa da, sonradan xəsarət və ya ölüm barədə hər hansı məlumat verilməyib.