• DÜNYA

    00:14 1 may 2019

Venesuelada etiraz aksiyaları zamanı xəsarət alanların sayı 50 nəfərə çatıb - YENİLƏNİB

Venesuelada hökumət əleyhində keçirilən etiraz aksiyalarında xəsarət alanların sayı 50 nəfərə çatıb.

ONA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "TVV" telekanalına yerli səhiyyə orqanının rəhbəri Çakao Maxiya Santi məlumat verib.

Bundan əvvəl 26 nəfərin xəsarət aldığı deyilirdi.

"Bu gün bizə 50 nəfər müraciət edib. Onlardan 30 nəfəri rezin güllə, bir nəfəri isə odlu silahdan açılan güllə yarası ilə gəlib", - Santi belə deyib.

***

22:25

Venesuelanın paytaxtında keçirilmiş etiraz aksiyalarında azı 26 nəfər xəsarət alıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, aksiyada nümayişçilərlə polis qüvvələri arasında qarşıdurma olub.

Xəsarət alanların vəziyyəti barədə məlumat verilməyib. Bildirilir ki, hazırda paytaxt Karakasda və digər şəhərlərdə hökumət əleyhinə nümayişlər keçirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR