• DÜNYA

    15:12 30 aprel 2019

Venesuelada hərbi qiyam başlayıb

Venesuelada qiyam başlayıb, ordu müxalifətin tərəfinə keçib.

ONA-nın Lenta.ru-ya istinadən verdiyi məlumatına görə, bunu Venesuelanın informasiya naziri Xorxe Rodriqes öz “Twitter” səhifəsində təsdiqləyib. O yazıb ki, hökumət müxalifətə bağlı bir qrup hərbçi tərəfindən təşkil olunmuş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün tədbirlər görür.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri Xuan Quaydo bu gün yaydığı videomüraciətində hərbçiləri üsyana və prezident Nikolas Maduronu devirməyə çağırıb. Baş verənləri “Azadlıq” əməliyyatının final mərhələsi adlandıran müxalifət lideri bildirib ki, ordu onun tərəfindədir. Onun sözlərinə görə, videomüraciət paytaxt Karakasdakı La Karlota aviabazasında lentə alınıb. Müraciət zamanı onun yanında hərbi formalı şəxslər olub.

Videoda Venesuela müxalifətinin ev dustaqlığında olan liderlərindən Leopoldo Lopes də görünüb. Hərbçilərin onu həbsdən azad etdiyini vurğulayan L.Lopes venesuelalıları Maduro rejiminə qarşı dinc aksiyaları davam etdirməyə çağırıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR