Venesuelanın müxalifət lideri Xuan Quaydo barəsində cinayət işi başlanıb.
ONA "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Venesuela Milli Müəssislər Məclisinin Hüquq məsələləri üzrə komissiyasının rəhbəri Xulio Qarsia Serpa ölkə televiziyasının efirində bəyan edib.
Onun sözlərinə görə, cinayət işi ilə Ali Məhkəmə və baş prokurorun məşğul olacaq. Quaydo Vətənə xəyanətdə ittiham olunur.
Daha əvvəl Venesuela Milli Müəssislər Məclisi Xuan Quaydonun deputatlıq toxunulmazlığını ləğv edib.