• DÜNYA

    02:19 11 aprel 2019

Venesuelalı diplomat: ABŞ hesablarımızı dondurub, Vaşinqtonu tərk edə bilmirik

ABŞ hakimiyyəti Venesuela diplomatik nümayəndəliyinin hesablarını dondurub.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada deyib.

“Bizim hətta heyətin məvaciblərini verməyə belə imkanımız yoxdur”, - deyə Monkada əlavə edib.

Onun sözlərinə görə, ABŞ rəsmiləri hətta “öz öhdəliklərini də pozur”.

“Bizim bütün hərəkətlərimiz 25 mil (40 km) radiusunda məhdudlaşdırılıb”, - Monkada belə deyib.

O qeyd edib ki, hazırda Vaşinqtonu tərk etməsinə də əngəl törədilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR