• DÜNYA

    02:48 26 mart 2019

Venesuelanın 17 ştatında növbəti elektrik böhranı yaşanıb

Venesuelada elektrik enerjisinin kəsilməsi ilə bağlı növbəti böhran yaşanıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxt polisindən məlumat verib.

Bildirilir ki, elektrik kəsilməsi paytaxt Karakasın böyük hissəsində, eləcə də ölkənin 17 ştatında qeydə alınıb.

“Karakasda elektrik enerjisinin kəsilməsinə görə şəhər metropoliteninin beş xəttindən üçü fəaliyyətini dayandırıb. Rabitə vasitələrinin işində problemlər yaşanıb, şəhərdə restoranlar və mağazalar bağlanıb. Hava limanında da ciddi problemlər müşahidə edilib”, - deyə məlumatda qeyd olunub.

Hadisənin səbəbi barədə hələlik bir məlumat verilmir.

Ancaq hazırda ölkədə elektrik enerjisinin verilişi tam bərpa edilib. Bu barədə ölkənin rabitə və informasiya naziri Xorxe Rodriqes şəxsi “Twitter” hesabında yazıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR