• DÜNYA

    08:03 28 mart 2019

Venesuelanın 70%-i elektrik böhranı səbəbindən internetsiz qalıb

Venesuelada üçüncü “blekaut” yaşanır. Ölkənin təxminən 70 faiz ərazisi elektrik enerjisinin kəsilməsi nəticəsində internetsiz qalıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu müxtəlif ölkələrdə internet istifadəsini araşdıran qeyri-hökumət təşkilatı “NetBlocks” açıqlayıb.

Bundan əvvəl Karakas polisindən bildirilib ki, “El-Quri” SES-ində yaranmış qəza səbəbindən ölkənin azı 21-23 ştatı hələ də qaranlıqda qalıb. Elektrik problemi paytaxtın özündə də qalmaqdadır.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqesin sözlərinə görə, ölkənin milli energetika xidməti hazırda bərpa işləri aparır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR