Venesuela müxalifətinin lideri Xuan Quaydo dünya ictimaiyyətini ölkədəki böhran vəziyyətinin həlli üçün bütün variantları nəzərdən keçirməyə çağırıb.
ONA TASS agentliyinə istinadən xəbər verir ki, bunu özünün “Twitter” səhifəsində X.Quaydo bildirib.
Onun sözlərinə görə, daxili və xarici təzyiq Venesuelanın azad olunmasında açar rolunu oynayır.
Qeyd edək ki, ötən gün Venesuelanın fəaliyyətdə olan prezidenti Nikolas Maduronun əleyhdarları xarici humanitar yardımı ölkəyə gətirməyə cəhd göstəriblər. Venesuelanın bəzi bölgələrində müxalifət və iqtidar qüvvələri arasında şiddətli toqquşmalar baş verib.