• DÜNYA

    04:49 12 may 2019

Venesuelanın Vaşinqtondakı səfirliyinin suyunu kəsiblər

ABŞ hökuməti Venesuelanın Vaşinqtondakı səfirliyində suyu kəsiblər.

ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə səfirlikdəki prezident Nikolas Maduronun fəal tərəfdarlarından olan Medea Benjamin Tvitter səhifəsində yazıb: "ABŞ hökuməti Venesuela səfirliyindəki su xəttini kəsib. İşıq, su yoxdu, yemək az qalıb".

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq dözürlər.

Venesuelalı fəal əlavə edib ki, səfirlik binasının işıqları həftənin ortalarında söndürülüb, lakin su təchizatı sistemi işləyirdi: “İndi yeganə işlək olan su xətti də kəsilib”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR