Venesuelanın vitse-prezidenti Densi Rodriqes Moskvaya səfər edəcək.
ONA TASS-a istinadən xəbər verir ki, martın 1-də D.Rodriqes Rusiya xarici işlər naziri Serqey Lavrovla danışıqlar aparacaq.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov Vladimir Putinin D.Rodriqeslə görüşməyəcəyini bildirib: “Prezidentin cədvəlində belə bir görüş nəzərdə tutulmayıb”.