Venesuelanın xarici borcu 160 mlrd. dollara çatıb
  • DÜNYA

  • 07:28 07 Avqust 2019

Venesuelanın xarici borcu 160 mlrd. dollara çatıb

Venesuela Milli assambleyasının (birpalatalı parlament) maliyyə və iqtisadi inkişaf məsələləri üzrə daimi komitəsinin üzvü Luis Stefanelli ölkənin xarici borcunu 160 mlrd. dollar civarında dəyərləndirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlamanı deputat Venesuelanın öhdəlikləri ətrafında keçirilmiş parlament dinləmələri zamanı bildirib. Qanunverici orqan prezident Nikolas Maduro hakimiyyətinin siyasi rəqiblərinin nəzarəti altındadır.

“Venesuelanın borcları, ən ciddi qiymətləndirmələrə görə, azı 130 mlrd. dollar təşkil edir. Ən dürüst hesablamalara görə isə - bu məbləğ 198 mlrd. dollardır. Bu, ortalama 160 mlrd. dollar deməkdir”, - deyə parlamentari öz çıxışında qeyd edib.

Hökumət bu açıqlama ilə bağlı hələlik öz rəyini bildirməyib.

OXŞAR XƏBƏRLƏR