• DÜNYA

    15:05 19 dekabr 2019

Vladimir Putin Leninin cəsədinin Mavzoleydən çıxarılmasının əleyhinədir

Rusiya Prezidenti Vladimir Putin Vladimir Leninin cəsədinin hazırkı vaxtda Mavzoleydən çıxarılmasının əleyhinə olduğunu bildirib.

APA-nın Moskva müxbiri Rusiya Prezidentinin illik mətbuat konfransından xəbər verir ki, V. Putin V. Leninin cəsədinə toxunmağı lazım bilmədiyini deyib: “Mənim fikrimcə, Leninin cəsədinə toxunmaq lazım deyil, hər halda indiki vaxtda. Çünki bizdə hələ də çoxlu insan var ki, öz şəxsi həyatını, taleyini bununla, keçmişin, sovet illərinin məlum uğurları ilə əlaqələndirir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR