Vladimir Putin Roma Papası ilə görüşüb
  • DÜNYA

  • 18:12 04 İyul 2019

Vladimir Putin Roma Papası ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Roma Papası Fransisklə görüşüb.

RİA Novosti-nin xəbərinə görə, Vatikanda baş tutan görüş mətbuata qapalı olub. Görüş bir saat davam edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşdən əvvəl jurnalistlərə bildirib ki, onlar Rusiya Ortodoks Kilsəsi və Roma Katolik Kilsəsi arasında münasibətlər, Suriyada və Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcəklər.

 

OXŞAR XƏBƏRLƏR