• DÜNYA

    16:18 18 aprel 2019

Vladimir Putin və Kim Çen In aprelin ikinci yarısında Moskvada görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In aprelin ikinci yarısında görüşəcək.

ONA-nın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat yer alıb. Koreya liderinin Moskva səfəri Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə gerçəkləşəcək.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərlə bağlı hazırlıq işlərinin aparıldığını deyib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR