Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında telefon danışığı olub.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər ikitərəfli görüşə hazırlıq prosesini müzakirə ediblər.
Qeyd olunur ki, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası aprel ayında baş tutacaq.
Telefon danışığı zamanı Rusiya lideri R.T.Ərdoğanı 65 illik yubileyi münasibətilə də təbrik edib.