• DÜNYA

    17:42 28 may 2019

Zelenski Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edib

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ildə Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. M.Saakaşvili ötən həftə V.Zelenskidən vətəndaşlığının bərpasını xahiş edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR