• DÜNYA

    11:41 20 may 2019

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib - YENİLƏNİB

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başa çatıb.

ONA-nın TSN kanalına istinadən verdiyi məlumata görə, o, bu gün Ali Radada and içib və ardınca Konstitusiya Məhkəməsinin rəhbəri onun dövlət başçısı kimi vəzifəsinin icrasına başladığını elan edib.

***

11:13

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilir.

ONA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, inauqurasiya mərasimi yerli vaxtla saat 10:00-da başlayıb.

Mərasim Ukrayna Ali Radasında keçirilir.

İnauqurasiya mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri iştirak edir.

Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edir.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR