Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların aparılacağını istisna edib. ONA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya ilə danışıqların olacağına dair suala o, “yox” cavabı verib.
Kiyevdə keçirilən forumda çıxışı zamanı yeni prezident Rusiyanı bir neçə dəfə təcavüzkar adlandırıb.
Qeyd edək ki, daha əvvəl V.Zelenskinin Rusiya ilə dialoq dair referendum keçirmək niyyətində olduğu bildirilirdi.