Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski və Petro Poroşenkonun “Olimpiyski” stadionunda keçiriləcək debatlarında 12 min nəfər iştirak edəcək.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, Poroşenko və Zelneskinin komandaları aprelin 19-da "Olimpiyski" stadionunu icarəyə götürməklə bağlı razılığa gəliblər.
Vladimir Zelenski bildirib ki, debatlara pulsuz biletlər “debaty2019.org.ua” saytından paylanacaq.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.