• DÜNYA

    18:37 26 iyul 2020

Vyetnamda vəhşi heyvan ticarəti qadağan edilib

Vyetnam hökuməti topdansatış bazarlarında vəhşi heyvan satışını qadağan edib.

ONA-nın xəbərinə görə, bu barədə Vyetnam hökumətinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda ölkəyə vəhşi heyvanların gətirilməsi də qadağan edilib. Hökumətin qərarında qeyd edilib ki, bütün vətəndaşlara, o cümlədən vəzifəli şəxslərə, dövlət qulluqçuların və onların qohumlarına qanunsuz vəhşi heyvan ovlamaq, onların ticarəti ilə məşğul olmaq, daşımaq, öldürmək və vəhşi heyvan saxlamaq qadağandır.

Qeyd edək ki, bu ilin fevralında ətrafın mühitin mühafizəsi təşəbbüsü ilə çıxış edən bir qrup Vyetnam hökumətinə məktub ünvanlayaraq vəhşi heyvanların satıldığı bazarların bağlanmasını xahiş etmişdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR